Mərkəzi Seçki Komissiyası (MSK) bu gün Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar müraciətlərə baxma mərhələsini yekunlaşdırır.
Modern.az xəbər verir ki, bu barədə komissiyanın bugünkü iclasının gündəliyində məlumat yer alıb.
Gündəlikdə qeyd olunub ki, MSK iclasda seçkilərin ümumi yekunlarına dair protokolları təsdiqləyəcək.
Qeyd edək ki, MSK bundan sonra 24 saat müddətində sənədləri Konstitusiya Məhkəməsinə təqdim etməlidir.