Modern.az

“Xocalı cinayəti həm dövlət, həm də fərdi qaydada məsuliyyət doğurur” - Nazir müavini

“Xocalı cinayəti həm dövlət, həm də fərdi qaydada məsuliyyət doğurur” - Nazir müavini

Ölkə

26 Fevral 2020, 12:27

“30 ildən artıqdır ki, Ermənistanın Azərbaycana hərbi təcavüzü davam edir. Münaqişənin ən qanlı səhifələrindən biri Xocalı soyqırımıdır”.

 

Modern.az xəbər verir ki, bunu Xarici İşlər nazirinin müavini Xələf Xələfov deyib.

 

Onun sözlərinə görə, Xocalı soyqırımı nəticəsində 613 nəfər dinc sakin xüsusi qəddarlıqla qətlə yetirilib:

 

“Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən aparılan tədbirlər nəticəsində Xocalıda cinayətlərin törədilməsi tam sübuta yetirilib. Bu cinayətlər həm dövlət, həm də fərdi qaydada məsuliyyət doğurur”.

Whatsapp
Bizə yazın!
Keçid et
Ermənistanda qarşıdurma gücləndi: Paşinyanın istefası tələb edilir