Modern.az

Yunan polisi miqrantlara qarşı bundan da istifadə etdi

Yunan polisi miqrantlara qarşı bundan da istifadə etdi

3 Mart 2020, 21:56

Yunanıstan polisi ölkə sərhədini qeyri-qanuni keçmək istəyən miqrantları uzaqlaşdırmaq üçün mavi rəngli boyadan istifadə edirlər.

Modern.az xəbər verir ki, artıq dördüncü gündür ki, Evros bölgəsində vəziyyət gərgindir. Miqrantlar sərhədi keçməyə can atır, yunan mühafizə orqanları isə onlardan kimyəvi vasitələrlə qorunurlar. Mavi rəngli boya sərhədi qeyri-qanuni keçmək istəyən miqrantların tezliklə müəyyənləşdirilməsi məqsədilə onların üzərinə səpilir.



Türkiyənin qaçqınların Avropaya keçmələrinə mane olmayacağını elan edəndən sonra minlərlə miqrant Yunanıstan ilə sərhədə üz tutub.

Twitter
Sizə yeni tvit var
Keçid et