Modern.az

“Neftçi” itki ilə üzləşdiyi oyunda qalib gəldi

“Neftçi” itki ilə üzləşdiyi oyunda qalib gəldi

7 Mart 2020, 20:38

Futbol üzrə Azərbaycan Premyer Liqasında XX turun daha bir oyunu keçirilib.

Modern.az  xəbər verir ki, "Bakcell Arena"da təşkil olunan qarşılaşmada "Neftçi" "Sabah"ı qəbul edib. Oyun meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Flaqmanın qollarını 6-cı dəqiqədə Saman Nərimancahan, 49-cu dəqiqədə Anton Krivotsyuk, 62-ci dəqiqədə Baqali Dabo, 90+1-ci dəqiqədə isə Mirabdulla Abbasov vurub.

İkinci yerdə qərarlaşan "Neftçi" xallarının sayını 37-ə çatdırıb. "Sabah" isə 21 xalla 5-ci sıradadır

Qeyd edək ki, "Neftçi" Azərbaycan Premyer Liqasının XX turunda "Sabah"la görüşdə itki ilə üzləşib. "Neftçi"nin  qapıçısı Aqil Məmmədov görüşə davam edə bilməyib və meydanı xərəkdə tərk edib. Onun yerinə 59-cu dəqiqədə meydana Səlahət Ağayev daxil olub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et