Modern.az

Azərbaycanda bu imtahan da ləğv EDİLDİ

Azərbaycanda bu imtahan da ləğv EDİLDİ

13 Mart 2020, 23:21

2020-ci il martın 15-də keçirilməsi nəzərdə tutulan inzibati rəhbər vəzifələr üzrə dövlət qulluğuna qəbul imtahanı ləğv edilib.

 

Dövlət İmtahan Mərkəzindən (DİM) Modern.az-a bildirilib ki, imtahanın keçiriləcəyi tarix haqqında əlavə məlumat veriləcək.

 

Məlum olduğu kimi, 2020-ci il martın 15-də Dövlət İmtahan Mərkəzində inzibati rəhbər vəzifələr (A növ) üzrə dövlət qulluğuna qəbul imtahanının keçirilməsi nəzərdə tutulurdu.

 

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən martın 13-də verilən qərara uyğun olaraq koronavirus infeksiyasının ölkə ərazisində yayılmasının qarşısının alınması istiqamətində həyata keçirilən təxirəsalınmaz tədbirlər planına əsasən imtahanın keçirilməsi təxirə salınıb.

Twitter
Sizə yeni tvit var
Keçid et