Modern.az

Tibb işçilərinin maaşlarına əlavə edilməlidir - Musa Quliyev  

Tibb işçilərinin maaşlarına əlavə edilməlidir - Musa Quliyev  

17 Mart 2020, 12:46

Azərbaycanda tibb işçilərinin maaşlarına əlavə edilməlidir.

 

Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin iclasında parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib. O bildirib ki, Azərbaycanda koronavirusla əlaqədar həkimlər güclü rejimdə işləyir.

 

“Buna görə də, həkimlərin maaşları ya artırılmalı, ya da maaşlara əlavələr edilməlidir. Digər tərəfdən isə onlara mükafatlar da verilə bilər”,-deyə M.Quliyev əlavə edib.

Whatsapp
Bizə yazın!
Keçid et