Modern.az

Bakıda ağır yol qəzası - Ölən var

Bakıda ağır yol qəzası - Ölən var

Hadisə

22 Mart 2020, 09:04

Bakı şəhərinin Sabunçu rayonunda "Opel" və "Hyundai" markalı iki minik avtomobili toqquşub.

 

Fövqəladə Hallar Nazirliyindən modern.az-a verilən məlumata görə, "112" qaynar telefon xəttinə yol nəqliyyat qəzası barədə məlumat daxil olub.

 

Məlumata əsasən hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri "Hyundai" markalı minik avtomobilində sıxılı vəziyyətdə qalan 1 nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) meyitini və müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan 1 nəfəri "Opel" markalı minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok