Rusiyada koronavirusa yoluxanların sayında artım var.
Modern.az yerli mediaya istinadən xəbər verir ki, gün ərzində 302 yeni yoluxma halı aşkar olunub.
Hazırda Rusiyada koronavirusa 1836 nəfər yoluxub. Bu müddətdə 9 nəfər ölüb, 66 nəfər isə sağalıb.