Rayondan Bakıya gediş-gəliş qadağan olunsa da, ağır xəstələrin aparılmasına icazə verilib.
Modern.az-ın məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.
Onun sözlərinə görə, həmin şəxslərin xəstəxanaya gətirilməsi və evlərinə qaytarılması təmin olunur:
"Bunun üçün icazələr verilir. Onkoloji və digər ağır xəstələrin həkim nəzarətində olmasına şərait yaradılıb. Rayonlara və Bakıya gediş-gəlişin bağlanmasına baxmayaraq, bu məsələyə diqqət yetirilir".