Modern.az

Xaricdəki azərbaycanlılara iki həftə əvvəldən məlumat veriləcək

Xaricdəki azərbaycanlılara iki həftə əvvəldən məlumat veriləcək

Aktual

13 May 2020, 18:07

"Azərbaycan vətəndaşlarının Rusiyadan qayıtması üçün yaradılmış “evə gedirəm” portalında qeydiyyatdan keçənlər onlarla əlaqə saxlanılmasını gözləməlidirlər. Şəxsi qərarlar əsasında hansısa addımların atılması nəticə vermir".

Modern.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva bildirib.

L. Abdullayeva qeyd edib ki, vətəndaşlar portalda qeydiyyatdan keçdikdən sonra olduqları yerdə qalmalıdırlar:

"Portalda qeydiyyatdan keçən vətəndaşlar zəng, mesaj, hər hansı xəbərdarlıq gözləmədən Rusiya-Azərbaycan sərhədinə yığışırlar. Bu, doğru deyil. Ona görə də portalda qeydiyyatdan keçdikdən sonra vətəndaş onunla əlaqə saxlanılmasını gözləməlidir. Portalda qeydiyyatdan keçənlərlə 2 həftə ərzində əlaqə yaradılır”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ermənistanda qarşıdurma gücləndi: Paşinyanın istefası tələb edilir