Modern.az

Bakıda karantin postları yığışdırıldı - RƏSMİ

Bakıda karantin postları yığışdırıldı - RƏSMİ

Aktual

18 May 2020, 09:40

"Xüsusi karantin rejiminin yumşaldılması ilə Bakıda quraşdırılmış xüsusi polis postları da fəaliyyərini dayandırıb".

 

Bunu Modern.az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəhbəri, polis polkovniki Ehsan Zahidov deyib.

 

DİN rəsmisi qeyd edib ki, polis və Daxili Qoşunların hərbi qulluqçuları xüsusi karantin rejiminə nəzarəti davam etdirirlər:

 

"Polis və Daxili Qoşunların hərbi qulluqçuları parklarda, bulvarda vətəndaşlarımızın sosial məsafəyə riayət etmələrinə, tibbi maskalardan istifadə etmələrinə, faəliyyətinə icazə verilmiş obyektlərin qrafikə uyğun düzgün fəaliyyət göstərməsinə nəzarət edirlər. Bu işlər gücləndirilmiş variantda davam etdirilir”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok