Karantinin elan olunmasından öncə Azərbaycanda yaşayan idmançılar təlim məşq toplantılarından, yarışlardan vətənə qayıdıblar.
Bu barədə Modern.az-a Gənclər və idman nazirliyinin mətbuat katibi Samayə Məmmədova məlumat verib.
O bildirib ki, karantin dönəmində onlar evdə olublar:
"Federasiya tərəfindən nazirliyə mütəmadi olaraq idmançıların sağlamlığı ilə bağlı hesabatlar daxil olurdu. Nazirlik tərəfindən federasiyalara ehtiyac olacağı təqdirdə testlərin götürülə biləcəyi və karantində saxlanılmaları üçün hər bir şəraitin olduğu haqda məlumat verilib. Bu günə COVID- 19 la bağlı şübhəli heç bir idmançı haqqında məlumat daxil olmayıb”.