Modern.az

Şahmat üzrə dünya çempionatı təxirə salındı

Şahmat üzrə dünya çempionatı təxirə salındı

Aktual

24 May 2020, 21:20

Şahmat üzrə yeniyetmə oğlanlar və qızlar arasında keçiriləcək dünya çempionatı koronavirus infeksiyası səbəbindən qeyri-müəyyən müddətə təxirə salınıb.

Modern.az xəbər verir ki, bu barədə Beynəlxalq Şahmat Federasiyası məlumat yayıb.

Turnir Rumıniyanın Mamaya şəhərində 2020-ci ilin sentyabrın 7-dən 20-dək keçirilməli idi. Yarış 8, 10, 12, 14, 16 və 18 yaşlı şahmatçılar arasında təşkil edilir.

Xatırladaq ki, Azərbaycan şahmatçısı Aydın Süleymanlı ötən il 14 yaşlılar arasında dünya çempionatının qalibi olub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ermənistanda qarşıdurma gücləndi: Paşinyanın istefası tələb edilir