Modern.az

Deputat ABŞ prezidentinin təklifini dəstəklədi

Deputat ABŞ prezidentinin təklifini dəstəklədi

Aktual

31 May 2020, 12:30

Deputat sosial şəbəkələrdə səslənən fikirlər, informasiya təhlükəsizliyinin təmin olunması, məsələnin hüquqi müstəvidə tənzimlənməsi məqsədi ilə qanunvericilik bazasının təkmilləşdirilməsi üçün Milli Məclisin deputatları və əməkdaşlarından ibarət xüsusi qrup yaradılmasını təklif edib.

 

Modern.az-ın xəbərinə görə, Milli Məclisin bu gün keçirilən iclasında Hikmət Babaoğlu belə bir təkliflə çıxış edib.

 

O bildirib ki, bu sahədə beynəlxalq praktika bir daha öyrənilməlidir:

 

“Sosial şəbəkələrdə səslənən fikirlərlə bağlı səslən fikirlərlə bağlı məsuliyyətin tətbiq olunması heç də insan hüquq, söz və mətbuat azadlığının məhdudlaşdırılması kimi başa düşülməməlidir. ABŞ prezidenti tərəfindən bu istiqamətdə verilən təklif də sosial şəbəkələrdəki xaosun qarşısını almağa xidmət edir”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok