Modern.az

300-dən çox iğtişaşçı saxlanıldı

300-dən çox iğtişaşçı saxlanıldı

Aktual

3 İyun 2020, 00:24

Afroamerikalı Corc Floydun polis zorakılığı nəticəsində ölümünə etiraz olaraq Vaşinqtonda keçirilən aksiyada 300-dən çox iğtişaşçı saxlanılıb.

Modern.az xarici mediaya istinadən xəbər verir ki, bunu paytaxtın Polis İdarəsinin rəisi Peter Nyuşem deyib.

O, həbslərə səbəb kimi iğtişaşçıların komendant saatı qaydalarını pozmasını və qarətləri göstərib.

Polis rəisi əlavə edib ki, etiraz aksiyalarının yatırılması zamanı iki polis əməkdaşı yaralanıb.

Qeyd edək ki, ABŞ-ın bir çox ştatlarında 4 gündür etiraz aksiyaları davam edir. Hadisə ilə bağlı artıq 4 polis işdən çıxarılıb, onlardan biri saxlanılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Ermənistanda qarşıdurma gücləndi: Paşinyanın istefası tələb edilir