Rusiyada ötən sutka daha 8 831 nəfərdə koronavirus (COVID-19) aşkarlanıb, 169 nəfər virusun qurbanı olub.
Modern.az xəbər verir ki, bununla da ölkədə infeksiyaya yoluxanların sayı 441 108-ə, ölənlərin sayı isə 5384-ə yüksəlib. Sağalanların sayı isə 204 623 nəfərdir.
Qeyd edək ki, Rusiya dünyada koronavirusun ən çox yayıldığı 3-cü ölkədir. İlk sıralarda ABŞ və Braziliya qərarlaşıb.
T.İSMAYIL