Modern.az

Tovuzda iki nəfər Kürdə batdı

Tovuzda iki nəfər Kürdə batdı

16 İyun 2020, 10:37

Tovuz rayonunda iki nəfər Kür çayında batıb.

 

Fövqəladə Hallar Nazirliyindən Modern.az-a verilən məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə Kür çayının Tovuz rayonu ərazisindən keçən hissəsində 2 nəfərin (şəxsiyyətləri dəqiqləşdirilir) batması barədə məlumat daxil olub. Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

 

Əlavə məlumat veriləcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et