Modern.az

Ağsu aşırımında YANĞIN - 2 helikopter havaya qalxdı

Ağsu aşırımında YANĞIN - 2 helikopter havaya qalxdı

16 İyun 2020, 18:05

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Ağsu rayonunda Ağsu aşırımı ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub.

Modern.az-ın FHN-nə istinadən verdiyi məlumata görə, Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Aviasiya dəstəsinin 2 ədəd helikopteri və Mülkü müdafiə qoşunlarının şəxsi heyəti yanğınsöndürmə işlərinə cəlb edilib.

Hazırda yanğının söndürülməsi istiqamətində təcili və təxirəsalınmaz tədbirlər davam etdirilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et