Modern.az

Koronaviruslu xəstələr üçün ayrılan xəstəxanaların adları açıqlandı - SİYAHI

Koronaviruslu xəstələr üçün ayrılan xəstəxanaların adları açıqlandı - SİYAHI

18 İyun 2020, 09:42

Koronaviruslu xəstələrin müalicəsi ilə bağlı xüsusi rejimli xəstəxanalar kimi müəyyənləşdirilən tibb müəssisələrinin adları açıqlanıb.


“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) mətbuat katibi Rəvanə Əliyeva Modern.az-a bildirib ki, həmin xəstəxanalarda müalicə alan pasiyentlər ən yaxın rayonlardakı digər tibb müəssisələrinə köçürülüb müalicələrini davam etdirə biləcəklər:


- Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutu

- 26 nömrəli Birləşmiş Şəhər Xəstəxanası;

- Kliniki Tibbi Mərkəz;

- Azərsu Tikinti Xəstəxanası;

- Göyçay Rayon Mərkəzi Xəstəxanası;

- Salyan Rayon Mərkəzi Xəstəxanası;

- Xızı Rayon Mərkəzi Xəstəxanası;

- Qusar Rayon Mərkəzi Xəstəxanası;

- Ucar Rayon Mərkəzi Xəstəxanası;

- Saatlı Rayon Mərkəzi Xəstəxanası;

- Zərdab Rayon Mərkəzi Xəstəxanası;

- Gəncə Dəmiryol Xəstəxanası.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et