Modern.az

Prokurorluq Tovuzdakı ölüm hadisəsi barədə məlumat yaydı

Prokurorluq Tovuzdakı ölüm hadisəsi barədə məlumat yaydı

18 İyun 2020, 10:00

İyunun 17-də Tovuz rayonununda 1993-cü il təvəllüdlü Tacəddin Həsənovun elektrik cərəyanı vurması nəticəsində ölməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.

 

Tovuz rayon Prokurorluğundan Modern.az-a verilən məlumata görə, daxil olmuş məlumat üzrə dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, izahatlar alınıb və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

 

Aparılan ilkin araşdırmalarla T.Həsənovun Tovuz şəhəri, M.Ə.Sabir küçəsində yerləşən, rayon sakini Rafiq Əliyevə məxsus fərdi yaşayış evində suvaq işləri aparan zaman ehtiyyatsızlıqdan elektrik naqillərinin üzərinə su atması nəticəsində elektrik cərəyanı vurmasına məruz qalaraq ölməsi müəyyən edilib.

 

Hazırda material üzrə araşdırmalar davam etdirilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et