Modern.az

TƏBİB sədri: Virus COVID-20, COVID-21-ə çevrilə bilər”

TƏBİB sədri: Virus COVID-20, COVID-21-ə çevrilə bilər”

18 İyun 2020, 19:03

Xəstəliyin qarşısının tamamilə alınması karantin rejimi ilə mümkün olmayacaq.

 

Modern.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi"nin (TƏBİB)İdarə heyətinin sədri Ramin Bayramlı bildirib.

 

 

R.Bayramlı deyib ki, bunun üçün yeganə yol vaksinin tətbiqidir:

"Amma nəzərdən keçirilən vaksinlərin hansının daha effektli olacağı bilinmir. Həmçinin vaksin tapılsa belə, onun hansı müddətdə effektli olacağı dəqiq bilinmir. Yəni virus mutasiyaya uğraya, COVİD-20, COVİD-21 və s. çevrilə bilər. Ümid edirik ki, virus öz-özünə yox olsun".

 

Twitter
Sizə yeni tvit var
Keçid et