Modern.az

Koronavirus testinin maya dəyəri 40 manatdır - TƏBİB

Koronavirus testinin maya dəyəri 40 manatdır - TƏBİB

18 İyun 2020, 20:00

"COVID-19-a görə test ehtiyatmız kifayət qədərdir".

 

Modern.az-ın məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib. Onun sözlərinə görə, bu ilin sonuna kimi olan test ehtiyatı tender vasitəsilə əldə edilib:

 

“Alınan bütün testlər TƏBİB tərəfindən icra edilir. Bu testlər kifayət qədər yüksək keyfiyyətlidir və tam avtomatlaşdırılmış sistemdə icra edilir”.

 

R.Bayramlı əlavə edib ki, testin özünün maya dəyəri 40 manatdır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et