Modern.az

Şahzadə koronavirusun keçməyən simptomundan şikayət edib

Şahzadə koronavirusun keçməyən simptomundan şikayət edib

18 İyun 2020, 23:29

Böyük Britaniyanın vəliəhd şahzadəsi Çarlz koronavirusdan sağaldıqdan sonra keçməyən simptom barədə şikayət edib.

Modern.az xəbər verir ki, şahzadə bu günədək qoxu və dad bilmə funksiyasını bərpa edə bilməyib.

Qeyd olunur ki, şahzadə Çarlz öz sağlamlıq vəziyyətini həkimlərlə müntəzəm olaraq müzakirə edir.

Xatırladaq ki, Çarlzın martın 23-də koronavirusa yoluxduğu məlum olmuşdu. Böyük Britaniya kral ailəsindən digər şəxslərin virusa yoluxması barədə məlumat verilməyib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et