Modern.az

Hindistanda vergi ödəməyin orijinal üsulu

Hindistanda vergi ödəməyin orijinal üsulu

Dünya

20 İyun 2020, 20:34

Dünyanın hər yerində vergiödəyicilərinin öz öhdəliklərini könüllü və sədaqətlə yerinə yetirmələri üçün müxtəlif yollar axtarılır, fərqli üsullardan istifadə olunur. Bu baxımdan Hindistan hökumətinin verdiyi qərar daha orijinaldır.

 

Modern.az "Reuters"ə istinadla xəbər verir ki, Hindistanda əhalini vergi ödəməyə təşviq etmək üçün vergi ödəməkdə seçilən vətəndaşların adları küçələrə, meydanlara, təşkilatlara, binalara və qatarlara veriləcək.

 

Qeyd edək ki, araşdırmaya görə, təxminən 1,3 milyard nəfər əhalisi olan Hindistanda 2017-2018-ci illərdə təkcə 41 milyon nəfər vergi ödəyib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ermənistanda qarşıdurma gücləndi: Paşinyanın istefası tələb edilir