Modern.az

Azərbaycan ordusuna dəstək aksiyası - FOTOLAR

Azərbaycan ordusuna dəstək aksiyası - FOTOLAR

Aktual

15 İyul 2020, 01:23

Xalqımız Azərbaycan ordusuna dəstək üçün dünən axşam saatlarından Şəhidlər xiyabanına toplanıb.

Modern.az xəbər verir ki, "Neftçilər" prospekti boyunca yüzlərlə insan hərbçilərimizə dəstək şüarları ilə Azadlıq meydanından Şəhidlər Xiyabanı istiqamətinə hərəkət ediblər.

İnsanlar "Şəhidlər ölməz, vətən bölünməz", "Vur, qır səngəri, Azərbaycan əsgəri" şüarlarını səsləndirirlər. Ərazidə polislər olsa da, xalqın qarşısını kəsən yoxdur. İnsanlar hər an Ali baş komandanın əmrini gözlədiklərini, müharibəyə hazır olduqlarını bildiriblər.

Qeyd edək ki, daha Müdafiə Nazirliyinin binası istiqamətində yürüş etmək istəyənlərin qarşısını polislər kəsib.

 

İsmət Paşanın ordumuza dəstək aksiyasından çəkdiyi fotoları təqdim edirik:

 

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ermənistanda qarşıdurma gücləndi: Paşinyanın istefası tələb edilir