Modern.az

Qusarda ağır qəza- ölən var

Qusarda ağır qəza- ölən var

26 İyul 2020, 11:00

Qusar rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

 

Bu barədə Modern.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

 

Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, rayonun Samur qəsəbəsində “Opel” markalı minik avtomobili yol kənarındakı kafenin divarına çırpılıb. Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. (Axar.az)

Twitter
Sizə yeni tvit var
Keçid et