Modern.az

AMİP bu tarixdə özünə yeni sədr seçəcək

AMİP bu tarixdə özünə yeni sədr seçəcək

9 Avqust 2020, 09:15

"Azərbaycan Milli İstiqlal Partiyasının 5 ildir gözlənilən qurultayı avqustun 15-də baş tutacaq. Qurultay onlayn formada keçiriləcək".

 

Bunu Modern.az-a açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Siyasi Şurasının üzvü Əli Orucov deyib. Partiya funksionerinin sözlərinə görə, bu barədə partiyanın onlayn formada keçirilən sonuncu şura iclasında qərar qəbul edilib:

 

"Hazırda partiya sədrinin səlahiyyətlərini nizamnaməyə uyğun olaraq baş katib Arzuxan Əlizadə icra edir. Sədrlik postuna namizədliyini irəli sürən yeganə şəxs də hələlik Arzuxan Əlizadədir. Siyasi Şura qurultayın onlayn keçirilməsi qərarını verdi. Çünki pandemiya toplantıların və kütləvi tədbirlərin keçirilməsinə yeni qaydalar və yanaşmalar gətirdi.Karantin rejiminin qaydalarına uyğun addım atmaq lazımdı. Qurultayda partiyanın Nizamnaməsinə bəzi dəyişiklərin edilməsi və təşkilatı məsələlərə baxılması nəzərdə tutulub".

 

Huncay Mete

Twitter
Sizə yeni tvit var
Keçid et
Deputatın çıxışı qalmaqal yaratdı: Başkənd ermənilərə veriləcək?