Modern.az

Beyrutdakı etiraz aksiyaları yatırıldı

Beyrutdakı etiraz aksiyaları yatırıldı

Dünya

9 Avqust 2020, 12:51

Livanın paytaxtı Beyrutda hökumət əleyhinə keçirilən etiraz aksiyalarında azı 728 nəfər yaralanıb, 19 fəal saxlanılıb.

 

Modern.az bildirir ki, bu barədə “Al Jazeera” telekanalı xəbər verib.

 

Bir polis əməkdaşı həlak olub. Hərbçilər nümayişçiləri İqtisadiyyat, Xarici İşlər və Energetika nazirliklərinin binalarından çıxararaq həmin ərazidən uzaqlaşdırıblar.

 

Daha əvvəl ərəb KİV 70-ə yaxın polis olmaqla 490 nəfərin yaralanması barədə xəbər vermişdi.

 

“TASS” yazır ki, Livan hökumətinin başçısı Həsən Diyab müxalifətin əsas tələblərindən biri olan növbədənkənar seçkilərin keçirilməsi məsələsinə baxmağa hazır olduğunu bəyan edib.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ermənistanda qarşıdurma gücləndi: Paşinyanın istefası tələb edilir