Modern.az

Belarusda polislərdən etirazçılara DƏSTƏK - FOTO, VİDEO

Belarusda polislərdən etirazçılara DƏSTƏK - FOTO, VİDEO

Dünya

14 Avqust 2020, 23:02

Müstəqillik meydanında, Belarus Hökumət Evinin və MSK binasının yerləşdiyi ərazidə güc strukturları əməkdaşları nümayişçilərlə həmrəylik əlaməti olaraq əllərindəki qalxanları endirib.

Modern.az xəbər verir ki, bu barədə sosial şəbəkədə foto və videolar yayılıb.


Həmin əraziyə toplaşan minlərlə insan Prezidentin istefasını tələb edir.

Qeyd edək ki, avqustun 9-da Belarusda keçirilən prezident seçkilərinin nəticələrinə əsasən Aleksandr Lukaşenko növbəti dəfə prezident seçilib.

 

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ermənistanda qarşıdurma gücləndi: Paşinyanın istefası tələb edilir