Modern.az

Ombudsman Bərdədə qaçırıldığı deyilən 17 yaşlı qıza zəng edib

Ombudsman Bərdədə qaçırıldığı deyilən 17 yaşlı qıza zəng edib

Hadisə

29 Avqust 2020, 16:24

Son günlər sosial şəbəkələrdə Bərdə rayonunda yetkinlik yaşına çatmayan qızın qaçırılması ilə bağlı valideyninin müraciəti əsasında yayılmış məlumatlar Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyeva tərəfindən nəzarətə götürülüb.

 

Bu barədə Modern.az-a Ombudsman Aparatından məlumat verilib. Bildirilib ki, bu məqsədlə, dünən Səbinə Əliyeva şəxsən yetkinlik yaşına çatmayanla telefon əlaqəsi saxlayıb, vəziyyəti ilə maraqlanıb, ona hüquqlarını bildirib, həmçinin hazırda yaşadığı ailədə olan insanlarla da danışıb.

 

Eyni zamanda, Ombudsman tərəfindən valideynin müraciətində əks olunan halların tam araşdırılması üçün müvafiq qurumlara müraciət edilib.

Nəticəsi ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcəkdir

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ermənistanda qarşıdurma gücləndi: Paşinyanın istefası tələb edilir