Modern.az

Lukaşenko Soçiyə gəldi

Lukaşenko Soçiyə gəldi

Dünya

14 Sentyabr 2020, 12:18

Belarus liderini daşıyan layner Rusiyanın Soçi şəhərindəki aeroporta eniş edib.

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, yaxın vaxtlarda Aleksandr Lukaşenko ilə Vladimir Putinin təkbətək görüşü başlayacaq.

 

Tərəflərin Belarusda prezident seçkilərindən sonra yaranmış situasiyanı diqqət mərkəzində saxlayacağı, iqtisadi əməkdaşlıq və beynəlxalq məsələlərlə bağlı da fikir mübadiləsi aparması gözlənilir.

Whatsapp
Bizə yazın!
Keçid et
Ermənistanda qarşıdurma gücləndi: Paşinyanın istefası tələb edilir