Modern.az

Paytaxt gənclərinə və idmançılarına çağırış

Paytaxt gənclərinə və idmançılarına çağırış

28 Sentyabr 2020, 11:20

Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi paytaxt gənclərinə və idmançılarına çağırış edib.

 

Baş İdarədən Modern.az-a verilən məlumata görə, ordumuza dəstək məqsədilə hamı "Üç rəngli bayrağımızı dalğalandıraq" şüarı ilə aksiyaya qoşulmağa dəvət edilib. 

 

"Yaşadığımız ünvanda, şəxsi nəqliyyat vasitələrində, iş yerlərində bayrağımızı dalğalandıraq. Gənclərimiz və idmançılarımız Ali Baş Komandanımızın tarixi şüarına qoşulurlar: Qarabağ Azərbaycandır!" deyə müraciətdə vurğulanıb. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ermənistanda qarşıdurma gücləndi: Paşinyanın istefası tələb edilir