Modern.az

Bərdədə həlak olanlardan biri FHN-in əməkdaşıdır

Bərdədə həlak olanlardan biri FHN-in əməkdaşıdır

Aktual

28 Oktyabr 2020, 16:14

Ermənistanın Bərdə rayonuna raket atması nəticəsində mülki əhali arasında xidmət aparan Fövqəladə Hallar Naziriyinin (FHN) bir əməkdaşı həlak olub, biri isə ağır yaralanıb.

 

Bu barərə Modern.az-a FHN-dən məlumat verilib.

 

Fövqəladə Hallar Nazirliyi hazırda gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Baş verən hər hansı fövqəladə hadisə ilə əlaqədar Nazirliyin “112” qaynar telefon xətti”nə dərhal məlumat verilməsi xahiş olunur.

 

Qeyd edək ki, bu gün Bərdə şəhəri növbəti dəfə təcavüzkar Ermənistan tərəfindən raket zərbələrinə məruz qalıb. Nəticədə, 21 nəfər həlak olub, 70-ə yaxın insan yaralanıb, bir neçə mülki obyekt dağılıb, çoxsaylı avtomobil yararsız vəziyyətə düşüb.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ermənistanda qarşıdurma gücləndi: Paşinyanın istefası tələb edilir