Modern.az

Azərbaycan Prezidentindən Məsud Yılmazın xanımına başsağlığı

Azərbaycan Prezidentindən Məsud Yılmazın xanımına başsağlığı

Aktual

30 Oktyabr 2020, 20:13

Prezident İlham Əliyev xanım Berna Yılmaza başsağlığı verib.

 

Modern.az-ın məlumatına görə, başsağlığında deyilir:

 

"Hörmətli xanım Yılmaz.

Həyat yoldaşınız – qardaş Türkiyə Respublikasının dövlət xadimi və siyasi xadim Məsud Yılmazın vəfatı xəbəri məni olduqca kədərləndirdi.

Bu ağır anlarda dərdinizə şərik çıxır, Sizə, əzizlərinizə və yaxınlarınıza dərin hüznlə başsağlığı verirəm.

 

Allah rəhmət eləsin!"

Whatsapp
Bizə yazın!
Keçid et
Ermənistanda qarşıdurma gücləndi: Paşinyanın istefası tələb edilir