Modern.az

Fərhad Bədəlbəylinin “Əsgərə məktub”u

Fərhad Bədəlbəylinin “Əsgərə məktub”u

Mədəni̇yyət

7 Noyabr 2020, 14:33

Azərbaycan Əsgəri Ali Baş Komandanın rəhbərliyi altında Qarabağda zəfər tarixi yazır. Bu günlər bütün dualarımız Vətən müharibəsində bizə Qələbə sevinci yaşadan əsgərlərimizlə bağlıdır.

 

Modern.az saytı “Əsgərə məktub” rubrikasında növbəti məktubu təqdim edir. Bu dəfə Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli “Əsgərə məktub” yazıb:

 

“Əziz mənim balalarım, özünüzdən muğayət olun. Qələbənin iyini hiss edirik. Siz aslan kimi vuruşursunuz. Amma çox xahiş edirəm, artıq riskə getməyin. Bir müddət də gözləyin. Qoyun vaxt uzun çəksin, təki siz sağ-salamat qayıdasınız. Əsas məsələ özünüzü qorumağınızdır. Siz sağ-salamat lazımsınız.

 

Biz sizinlə fəxr edirik. Siz tarixli bir qələbə qazanırsınız. Bu qələbəni 30 ildir gözləyirik. Eşq olsun Azərbaycan Ordusuna! Eşq olsun Azərbaycan Əsgərinə!”.

 

Fidan İlqarqızı

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir