Modern.az

Təhsil nazirindən yeni TƏYİNAT

Təhsil nazirindən yeni TƏYİNAT

Aktual

8 Dekabr 2020, 17:46

Şamaxı Rayon Təhsil Şöbəsində kadr dəyişikliyi olub.

 

Modern.az xəbər verir ki, Babayev Məsud Nizami oğlu Rayon Təhsil Şöbəsinin müdiri təyin olunub.

 

Qeyd edək ki, M.Babayev 25 aprel 1977-ci ildə Şamaxı rayonunun Yenikənd kəndində anadan olub. 1982-1989-cu illərdə Şamaxı rayonu, Ə.Məmmədov adına Göylər kənd 1 nömrəli tam orta məktəbdə, 1989-1992-ci illərdə Bakı şəhəri 2 nömrəli Texniki-Humanitar liseydə təhsil alıb. 2015-ci ildən bu ilin iyul ayına kimi Bakı şəhəri 115 nömrəli tam orta məktəbdə, iyul ayından isə Bakı şəhəri 283 nömrəli tam orta məktəbdə direktor vəzifəsində çalışıb.

 

Babayev Məsud
Babayev Məsud
Whatsapp
Bizə yazın!
Keçid et
Putin kəşfiyyata təcili ƏMR VERDİ - Türkiyəni kimlər qarışdırır?