Goranboy rayon İcra Hakimiyyətinin başçısı Goranlı kəndindən Vətən müharibəsində itkin düşmüş əsgərin ailəsi ilə görüşüb.
Bu barədə Modern.az-a Goranboy RİH-dən məlumat verilib.
Bildirilib ki, Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev Goranlı kəndindən Vətən Müharibəsində itkin düşmüş əsgər İxtiyar İlqaroğlunun ailəsi ilə görüşüb, ailənin problem və qayğılarını dinləyib.
İcra Başçısının köməkliyi ilə, itkin düşmüş döyüşçü ilə bağlı döyüşçünün ailə üzvlərinin rayon İcra Hakimiyyətnin məsul işçisinin iştirakı ilə, Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan Nümayəndəliyinin Bərdə Ofisinə və "N" saylı Hərbi Hissəyə göndərilməsi təmin edilib.