Modern.az

Türkiyənin səhiyyə nazirinə də peyvənd vuruldu

Türkiyənin səhiyyə nazirinə də peyvənd vuruldu

Aktual

13 Yanvar 2021, 20:59

Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı Çindən alınan “Sinovac” vaksini ilə kütləvi peyvəndlənməyə start verilib.

 

Modern.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, “Sinovac” vaksininin ilk dozası səhiyyə naziri Fahrettin Kocaya vurulub. Nazirin ardınca Türkiyə Səhiyyə üzrə Elmi Komitəsinin üzvləri peyvənd olunublar.

 

“Sinovac” vaksini ilə ilk peyvəndləmə Ankara şəhər xəstəxanasında aparılıb.

Proses media qurumları tərəfindən canlı nümayiş edilib.

 

Qeyd edək ki, Türkiyədə COVID-19 infeksiyasına qarşı kütləvi peyvəndləmə aparmaq üçün Çində istehsal olunan “Sinovac” vaksinin tətbiqinə icazə verilib. Bu barədə Türkiyənin Dərman və Tibbi Ləvazimat Təşkilatı qərar qəbul edib.

 

Bildirilir ki, Türkiyəyə gətirilən 3 milyon doza “Sinovac” vaksinin laboratoriya yoxlamasın keçirilib və hər hansı problem aşkarlanmayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Şok plan üzə çıxdı: Putin belə devriləcək