Qvineya körfəzində nigeriyalı dəniz quldurlarının hücumuna məruz qalmış Türkiyəyə məxsus “Mozart” konteyner gəmisi Qabona istiqamət götürüb.
Modern.az “Anadolu” agentliyinə istinadən xəbnər verir ki, Liberiya bayrağı altında hərəkət edən Türkiyəyə məxsus nəqliyyat vasitəsi Bakı vaxtı ilə saat 10:00-da liman sahillərinə çatacaq.