Modern.az

FİFA DÇ-2026-nın şəhərlərini müəyyənləşdirəcək

FİFA DÇ-2026-nın şəhərlərini müəyyənləşdirəcək

Aktual

27 Yanvar 2021, 00:10

DÇ-2026-nın final mərhələsinin oyunlarına ev sahibliyi edəcək şəhərlərin müəyyənləşəcəyi tarix bəlli olub.

 

Modern.az xəbər verir ki, bunu FİFA açıqlayıb.

 

Üç ölkə - ABŞ, Meksika və Kanadanın ev sahibliyi edəcəyi mundialın matçlarını keçirməyə 23 şəhər iddia edir. Bu ilin fevralında namizəd şəhərlərin nümayəndələri ilə onlayn məsləhətləşmələr başlayacaq. İyulda həmin şəhərlərə səfərlər baş tutacaq. İlin sonuncu rübündə təşkilatçı şəhərlər bəlli olacaq.

 

Qeyd edək ki, DÇ-2026 48 komandanın qatılacağı ilk mundial olacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ermənistanda qarşıdurma gücləndi: Paşinyanın istefası tələb edilir