Yeni Zelandiyanın Şimal adasında 4,5 maqnitudalı zəlzələ qeydə alınıb.
Modern.az “TASS”a istinadən xəbər verir ki, bu barədə yerli Geoloji Xidmət bildirib.
Onun məlumatına görə, yeraltı təkanların episentri Plenti körfəzində, Te-Kaha şəhərinin sahilindən 70 kilometr şimalda, ocağı isə 118 kilometr dərinlikdə yerləşib.
Dağıntı və tələfat barədə məlumat daxil olmayıb, sunami xəbərdarlığı edilməyib.