2012/2013-ci tədris ili üçün ali təhsil müəssisələrinin boş qalan yerləri üzrə və orta ixtisas təhsil müəssisələrinə ixtisas seçimi 23 avqust saat 23:59-də başa çatıb.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının məlumatına görə, Azərbaycan Respublikasının orta ixtisas təhsili müəssisələrinə tam orta təhsil bazasında tələbə qəbulu müsabiqəsi Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında toplanılan ballar əsasında aparıl;b.
İxtisas seçmək hüququ olan abituriyentlər elektron ərizədə orta ixtisas məktəblərinin ixtisasları ilə yanaşı ali təhsil müəssisələrinin boş qalan yerləri olan ixtisaslarının da kodlarını göstərə biliblər.
Abituriyentlər elektron ərizələrində ümumilikdə 20-dək ixtisas kodunu göstərə bilərdilər.
Bölmə və ixtisas qrupları üzrə təsdiqlənmiş elektron ərizələrin sayı haqqında məlumat | ||||||||||||||||||||||||||||||
Müsabiqənin nəticələrinin avqustun 24-də elan edilməsi nəzərdə tutulur. |