Modern.az

İsrail karantini ləğv edəcəyi vaxtı açıqladı

İsrail karantini ləğv edəcəyi vaxtı açıqladı

Aktual

25 Fevral 2021, 00:47

İsrail aprel ayında koronavirusla bağlı məhdudiyyətlərin hamısını ləğv etməyi planlaşdırır.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Benyamin Netanyahu səhiyyə naziri Yuli Edelşteynlə keçirdiyi brifinqdə bəyan edib.

O bildirib ki, bütün məhdudlaşdırıcı tədbirləri ləğv edib, ölkəni normal vəziyyətə geri qaytarmağa ümidvardırlar.

 

“Bütün dünyada insanlar vaksin gözləyir, ancaq İsraildə peyvənd insanları gözləyir. Bunu dəyişdirməliyik”, - ölkədə 16 yaşdan yuxarı bir milyondan çox insanın koronavirus vaksinasiyasından keçmədiyini deyən Netanyahu əlavə edib.

 

O vurğulayıb ki, İsraildəki 16 yaşdan yuxarı insanların peyvəndlənməsi martın sonunda tamamlanacaq. Bundan sonra isə ölkədə pandemiya ilə bağlı vəziyyət apreldə normallaşacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Şok plan üzə çıxdı: Putin belə devriləcək