Modern.az

\"Jurnalist binaları\"nın keçmiş komendantı saxlanıldı

\

11 İyun 2021, 20:30

"Jurnalist binaları"nın keçmiş komendantı Binyamin İsmayılov KİVDF-nin sabiq və həbsdə olan sədri Vüqar Səfərlinin ittiham edildiyi cinayət işi ilə bağlı saxlanılıb.

 

Modern.az-ın əldə məlumata görə, B.İsmayılov cinayət işinə təqsirləndirləndirilən şəxs qismində cəlb olunub.

 

Baş Prokurorluğunun mətbuat xidmətindən Modern.az-ın sorğusuna cavab olaraq məlumat təsdiqlənib. Bildirilib ki, Binyamin İsmayılov təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində polisin nəzarətinə vermə qətimkan tədbiri seçilib.

 

Qeyd edək ki, B.İsmayılov bir neçə aydır işdən çıxıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ermənistanda qarşıdurma gücləndi: Paşinyanın istefası tələb edilir