Modern.az

Azərbaycanın xarici ticarət dövriyyəsi artır

Azərbaycanın xarici ticarət dövriyyəsi artır

Aktual

16 İyun 2021, 19:33

2021-ci il yanvar-may aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi təxminən 11,893 milyard dollar təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 6,1 faiz çoxdur.

 

Modern.az bu barədə Dövlət Gömrük Komitəsinin hesabatına istinadən məlumat verir.

Hesabat dövründə Azərbaycanın ixracı 7,364 milyard dollara bərabər olub və bu 2020-ci ilin yanvar-may ayları ilə müqayisədə 6,5 faiz çoxdur. İxracın ümumi xarici ticarət dövriyyəsində payı 62,84 faiz təşkil edib.

 

Bu ilin ilk üç ayı ərzində Azərbaycana idxal 4,3 milyard dollar təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4,8 faiz azalıb. İdxalın ümumi xarici ticarət dövriyyəsində payı 37,16 faiz təşkil edib.

Xarici ticarət dövriyyəsinin saldosu müsbət olub və 3,034 milyard dollar təşkil edib.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ermənistanda qarşıdurma gücləndi: Paşinyanın istefası tələb edilir