Modern.az

ABŞ Ermənistandakı seçkilərdən RAZI QALDI

ABŞ Ermənistandakı seçkilərdən RAZI QALDI

Dünya

22 İyun 2021, 10:10

Amerika Ermənistan xalqını son parlament seçkiləri münasibətilə təbrik edib və təsdiqləndikdən sonra nəticələrə hörmət etməyə çağırıb.

 

Modern.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays Amerikanın ilkin nəticələrdən məmnun qaldığını vurğulayıb:

 

“Biz bütün siyasi fikirlərə sahib olan erməniləri bu seçkilərin nəticələrinə hörmətlə yanaşmağa, qanuni seçki şikayət prosesi ilə əlaqədar narahatlıqları həll etməyə çağırırıq. Ermənistanın suveren, demokratik, dinc və firavan gələcəyi üçün siyasi repressiyaların qarşısını alacağına ümid edirik”.

 

 Aysel Məhərrəm

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ermənistanda qarşıdurma gücləndi: Paşinyanın istefası tələb edilir