Azərbaycanda son sutkada 42843 nəfərə koronavirus (COVID-19) əleyhinə peyvənd vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 22284 nəfər, ikinci mərhələdə vaksinasiyadan keçənlərin sayı 20559 nəfərdir.
Ölkədə 18 yanvar 2021-ci ildən indiyədək ümumilikdə 3032516 nəfərə COVID-19 əlyehinə vaksin vurulub. Onlardan birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1971930 nəfər, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 1060586 nəfərdir.