Bu gün Bakı və Abşeron yarımadasında toz dumanı davam edir.
Bu barədə Modern.az-a ETSN-nin Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
Qeyd edilib ki, avtomatik stansiyalardan 23 iyun saat 17:00-a daxil olan məlumata əsasən Bakı şəhərində havada dispers toz hissəciklərinin konsentrasiyası sanitar normadan 5.1 dəfə yüksək qeydə alınıb.