Tacikistan Prezidenti İmoməli Rahmonun bacısı Kurbonbi Rahmonova vəfat edib.
Modern.az xəbər verir ki, bu barədə məlumatı Tacikistan Prezidentinin Mətbuat xidməti yayıb.
Məlumata görə, Kurbonbi Rahmonova 64 yaşında dünyasını dəyişib.
Tacikistanın Səhiyyə Nazirliyi Kurbonbi Rahmonovanın koronavirus infeksiyasından öldüyünü bildirib. Kurbonbi Rahmonova iyulun 20-də ölkə paytaxtı Düşənbədə 5 saylı klinik xəstəxanada müalicə olunurmuş.
Bildirilib ki, iyulun 5-də Prezident İmamoli Rəhmonun qayınanası, 88 yaşlı Özbəkbi Əsədullayeva da koronavirusdan vəfat edib.