Modern.az

Bu il 15 minə yaxın cinayət qeydə alınıb - RƏSMİ

Bu il 15 minə yaxın cinayət qeydə alınıb - RƏSMİ

Aktual

23 İyul 2021, 17:25

Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və digər hüquq mühafizə orqanları ilə birgə fəaliyyətin nəticəsi olaraq, 2021-ci ilin birinci yarımilində əməliyyat-axtarış və istintaq fəaliyyətini həyata keçirən bütün dövlət orqanları üzrə 14 min 928 cinayət qeydə alınıb.

 

Modern.az xəbər verir ki, bu barədə Baş prokuror Kamran Əliyevin sədrliyilə keçirilən əməliyyat müşavirəsində bildirilib.

 

Qeyd olunub ki, bunun yalnız 1%-i xüsusilə ağır cinayətlər təşkil etmiş, daxili işlər orqanları ilə birgə keçmiş illərdən bağlı qalmış 207 cinayətin açılması təmin edilib, 435 cinayətkar qrup zərərsizləşdirilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi